Lavrov fransalı həmkarı ilə bu mövzunu müzakirə etdi

Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovla Fransanın xarici işlər naziri Jan-İvom Le Drian arasında telefon danışığı olub.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin saytında məlumat verilib. Onlar Suriyadakı vəziyyəti, o cümlədən iki ölkə arasında əlaqələri müzakirə ediblər.

Qeyd edilib ki, danışıqlar Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.