ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı video görüntülərdə vasitəçi qismində adı hallanan Sevinc Babayevanın oğlu Ayxan Məmmədov anasının Səlcuq Ağlayanla münasibətlərinə aydınlıq gətirib. ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı video görüntülərdə vasitəçi qismində adı hallanan Sevinc Babayevanın oğlu Ayxan Məmmədov anasının Səlcuq Ağlayanla münasibətlərinə aydınlıq gətirib.

Sevinc Babayevanın oğlundan növbəti açıqlama

ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı video görüntülərdə vasitəçi qismində adı hallanan Sevinc Babayevanın oğlu Ayxan Məmmədov anasının Səlcuq Ağlayanla münasibətlərinə aydınlıq gətirib.




A. Məmmədov APA-ya açıqlamasında qeyd edib ki, anası Sevinc Babayevanın Türkiyədə gizlənməsinə məhz Səlcuq Ağlayan şərait yaradıb: "Səlcuq Ağlayan guya deyib ki, Sevinc Babayevanı Məryəm Solmaz kimi tanıyıb, anamın adının Sevinc olmasından xəbəri yoxmuş. Lakin bildirmək istəyirəm ki, anam avtomobilini satmaq üçün ötən ilin dekabrında mənə etibarnamə göndərmişdi. Həmin etibarnamə anamın, yəni Sevinc Babayevanın adından yazılmışdı və bu sənədi Türkiyədə düzəltməkdə anama Səlcuq Ağlayan kömək etmişdi. Necə ola bilər ki, Səlcuq Ağlayan anama sənəd düzəltməyə köməklik etsin, lakin həmin sənəddə anamın adının nə olduğunu bilməsin?"

A. Məmmədov qeyd edib ki, anasının göndərdiyi etibarnamədən Bakıda istifadə edə bilməyib: "Etibarnamə Türkiyədə hazırlandığı üçün onu Bakıda qəbul eləmədilər. Həmin etibarnaməni bu il fevralın 20-də Bakı Şəhər Prokurorluğuna təqdim etdim".

AzNews.az