- Dünyanın halı
- 28 Dekabr 22:42
- 1 499
Putinlə Trampın danışığının təfərrüatları açıqlanıb
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya lideri Vladimir Putinin amerikalı həmkarı Donald Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb.
Aznews.az-ın "İzvestiya"ya istinadən verdiyi xəbərə görə, tərəflər ukraynalılar və avropalıların irəli sürdüyü sülh planlarının münaqişəni uzatması ilə bağlı ortaq fikirlərini vurğulayıblar.
Nəşr qeyd edib ki, ABŞ Prezidenti Rusiyanın prinsipial əhəmiyyətə dair arqumentlərini diqqətlə dinləyib və bundan sonra iki lider arasında Alyaskada keçirilən görüşdə əldə olunan razılaşmalara arxalanacağını təsdiqləyib.
"Tramp israrla Rusiya ilə Ukrayna arasında münaqişəyə ən qısa zamanda son qoyulmalı olduğu fikrini ortaya ataraq, Ukrayna böhranının onun üçün ən çətinə çevrildiyini etiraf edib. Amerika lideri əlavə edib ki, o, Rusiyanın siyasi və diplomatik nizamlanma istəyinə əmindir və bu əsasda (Ukrayna prezidenti Volodimir) Zelenski ilə danışıqlar aparmağı planlaşdırır", - "İzvestiya" Uşakovdan sitat gətirib.
Bundan başqa, qəzet qeyd edir ki, Rusiya və ABŞ arasında işçi qruplar təhlükəsizlik və iqtisadiyyat sahələrində işini davam etdirəcək.
Tramp Ukraynada müharibənin bitəcəyi təqdirdə ABŞ-Rusiya iqtisadi əməkdaşlığının təsirli perspektivlərini açıqlayıb. Rusiya prezidentinin köməkçisi bu gün axşam Ukrayna tərəfi ilə görüşdən sonra Putin və Tramp bir-birləri ilə telefonla yenidən dərhal danışmağa razılaşıblar.