- Göz önü
- 21:25
- 990
Gənc hakim qəzada həlak oldu
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Aznews.az xəbər verir ki, hadisə Novxanı–Pirşağı avtomobil yolunda baş verib.
İlkin məlumata əsasən, A. Rzayevanın olduğu “Nissan” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.
Qeyd olunur ki, avtomobili mərhum hakim özü deyil, başqa bir şəxs idarə edib.
Qəza nəticəsində Aynur Rzayeva ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, o, tibbi müəssisədə vəfat edib.
Avtomobili idarə edən sürücü isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir və hazırda cərrahi əməliyyat altındadır.
“Unikal”ın məlumatına görə, Aynur Rzayeva şəhid övladıdır. O bu vəzifəyə 2022-ci ildə Prezident İlham Əliyevin “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” sərəncamı ilə təyinat almışdı.
AzNews.az