Azərbaycanlı jurnalist və politoloq Fuad Abbasov Rusiya mediasında erməni təbliğatına qarşı ləyaqətli cavab verməyə çağırış edib. Azərbaycanlı jurnalist və politoloq Fuad Abbasov Rusiya mediasında erməni təbliğatına qarşı ləyaqətli cavab verməyə çağırış edib.

"Ermənilər Rusiya KİV-lərini işğal edib" - Fuad Abbasov

Azərbaycanlı jurnalist və politoloq Fuad Abbasov Rusiya mediasında erməni təbliğatına qarşı ləyaqətli cavab verməyə çağırış edib.

AzNews.az Novosti.az-a istinadən xəbər verir ki, F. Abbasov bu yaxınlarda Ermənistan prezidenti Serj Sarkisyanla "Qazprom-media holding"in baş direktoru Rafael Minasbekyanla görüşünü şərh edib.

Belə ki, görüş zamanı tərəflər Ermənistanın İctimai kanalı ilə müştərək layihələrin və film istehsalının həyata keçirilməsi məsələsini müzakirə edib.

"Belə bir görüşün baş tutacağı gözlənilən idi. Son vaxtlar NTV telekanalının rəhbərliyi Avropaya inteqrasiya etməyə cəhd edən Ermənistanı tənqdi edir. Bundan sonra Ermənistan prezidenti Rusiyadakı erməni cəmiyyətinin rəhbərləri ilə görüşməyə başlayıb. Bunlardan biri də "Qazprom-media holding"in baş direktorudur.

Əsas məsələ isə sovet dağıldıqdan sonra erməni ekspertlərin Rusiya mediasında fəal iştirak etməsidir. Onlar təkcə Rusiya mediası üçün işləmir, həm də rəhbər vəzifələr tuturlar." - Fuad Abbasov belə bildirib.

Onun sözlərinə görə, Rusiya mediasında çalışan azərbaycanlılar sadə işçidirlər, sadəcə onlara verilən tapşırığı yerinə yetirirlər:

"Bəs niyə biz bu məsələdə aktiv deyilik? Hətta, sovet dövründə də Rusiyanın elmlər akademiyası erməni ekspertlərlə dolu idi. Bu digər sahələrdə də özünü göstərib. Onlar hər zaman böyük Ermənistanın qurulması planları barədə düşünüblər. Həmin ekspertləri də Rusiyada faaliyyət göstərən erməni lobbisi dəstəkləyir. Belə bir lobbi hərəkatı nə Azərbaycanda, nə də Türkiyədə yoxdur. Hətta Almaniyada 3 milyon türkün yaşamasına baxmayaraq, burada da lobbi hərəkatı fəaliyyət göstərmir. Bu məlumat isə məni xeyli təəccübləndirmişdi.

Bizim düşmənimiz bu məsələlərdə bizdən bir neçə il irəlidədi. Biz susduqca isə onların yolu açılır. Biz nə qədər ölkəyə turist cəlb etməyə çalışsaq da, qarışıq nigahlar baş versə də, yenə də Azərbaycan və Türkiyə barəsində neqativ fikirlər qalmaqdadır." - deyə jurnalist bildirib.