Türkiyə səfiri: “Dağlıq Qarabağ münaqişəsinin həlli yetişib”

“Dağlıq Qarabağ münaqişəsinin həlli yetişib. Bu münaqişə həll edilməli, Azərbaycana qarşı ədalətsizlik aradan qaldırılmadır”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda “Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq simpoziumda çıxışı zamanı deyib.

Səfirin sözlərinə görə, Azərbaycan uzun müddətdir böyük ədalətsizliklə üzləşib: “Ermənistan tərəfindən Azərbaycanın torpaqları işğal edilib. Nəticədə 1 milyondan çox insan məcburi köçkün və qaçqına çevrilib”.

E. Özoral qeyd edib ki, Türkiyə dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: “Biz hər zaman Azərbaycanın yanında olmuşuq, bundan sonra da Azərbaycanın yanında olacağıq”.

AzNews.az