- Köhnə - Siyasət
- 23 Dekabr 2017 17:39
- 3 517
Merkel və Makrondan birgə “Ukrayna” çağırışı
Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron Ukraynanın şərqindəki mübahisəli tərəflərə imzaladıqları müqavilələrə əməl etmələri barədə çağırış ediblər.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Merkel və Makron mətbuata çıxış etdiyi birgə bəyanatda Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadəsi olan Minsk müqaviləsinin şərtlərinin tam şəkildə həyata keçirilməsinin lazım olduğunu ifadə ediblər. Münaqişənin sülh yolu ilə həllindən başqa alternativin olmadığını vurğulayan iki lider Ukraynanın şərqində atəşkəsin daima pozulduğuna diqqət çəkərək bundan ən çox zərər çəkən xalqın əziyyətlərini azaltmaq üçün tərəflərə məsuliyyətlərini yerinə yetirmələri və ən qısa müddətdə imzaladıqları müqaviləyə əməl etmələri barədə çağırış edib.
Üçtərəfli təmas qrupunda 380-a qədər tutulanların mübadiləsi ilə bağlı razılaşmadan məmnun olduğunu bildirən liderlər, "Müqavilə təcili olaraq həyata keçirilməlidir, bu Minsk sazişinin həyata keçirilməsində mühüm mərhələ olacaq", - deyə bildiriblər.