"Böyük və kiçik qardaş" mövzusunda variasiyalar Bakı üçün deyil

Ötən il Prezident İlham Əliyevin Aİ paytaxtına səfərindən sonra Bakı-Brüssel münasibətlərində dönüş nöqtəsi kimi yadda qaldı.

2017-ci ilin aprelin 25-də əməkdaşlıq və partnyorluq barədə razılaşmanı əvəz edə biləcək Azərbaycan və Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlıq barədə imzalanan müqavilə yeni mərhələnin əsasını qoydu. Bu razılaşmanı imzalamaq barədə sual Bakı üçün xarici siyasətdə ciddi dəyişikliklərlə bağlı deyil. Azərbaycan əvvəlki kimi öz xarici siyasətində dəyişiklik etməyə hazır deyil. Avropa İttifaqı əvvəlki illərin əməkdaşlıq təcrübəsindən bunu gözəl anlayır. Bu münasibətdə Azərbaycana qarşılıqlı təsir imkanı Brüseelin "Şərq tərəfdaşlığı"na daxil olan ölkələrlə münasibətlərindən fərqlənir.

Belə demək olarsa, Azərbaycan Avropa İttifaqının ən inadkar müttəfiqi kimi çıxış edir ki, Avropa buna çox ehtiyac duyur. Hətta yeni razılıq belə Bakının "cilovunu" Brüsselə vermək demək deyil. Azrbaycan aydın, dəqiq və müstəqil xarici siyasət yürüdür və yürüdəcək də. Azərbaycanla Aİ arasında qarşlıqlı münasibətlərdəki çətinliklər və bizim ölkənin inamlı mövqeyi danışıqlar prosesinə yenidən baxılmasını və gələn il yeni razılğın əldə edilməsini ehtiva edir.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Novosti.az-a müsahibəsində deyib ki, Azərbaycan Aİ ilə münasibətlərinə ikitərəfli hərəkət imkanı olan yol kimi baxır. Bu yolda hər kəs özü üçün müsbət elementlər görür, "böyük və kiçik qardaş" mövzusu ilə bağlı variasiyalar qəbuledilməzdir. Bu fəlsəfənin əsasını Azərbaycanın "Şərq tərəfdaşlığı"na aid olan ölkələrdən fərqli olaraq является yetərli qədər dövlət olması, investisiya üçün əhəmiyyətli valyuta resurslarına malik olması, "Şərq tərəfdaşlığı"na donor yardımı almaq kimi baxan digər ölkələrdən asılı olmaması təşkil edir.

"Bu fəlsəfədən çıxış edərək Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu münasibətlər qurmağa çalışır, bizim üçün vacib olan bu qurum və quruma daxil olan digər ölkələrlə qarşılıqlı anlaşma, xüsusilə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipləridir ki, bu münasibətlərin əsasında da həmin prinsiplər dayanır. Bu sxem Azərbaycana razılığın yenidən işlənib hazırlanmasına razılıq verməsinə səbəb oldu. Əminəm ki, sənəd imzalanacaq", - diplomat belə deyib.

Zülfüqarov qeyd edib ki, tez-tez Avropa siyasətçiləri bütün məsələlərdə özlərini məsləhtəçi rolunda görür. Azərbaycan bu cür xarici məsləhətlərə ehtiyatla yanaşır və çalışır ki, nəinki Avropa İttfaqı ilə, eləcə də digər beynəlxalq təşkilatlar və ölkələrlə öz maraqları çərçivəsində əməkdaşlıq etsin.

"Bakı obyektiv, balanslaşdırılmış siyasət aparır, bu tip qurumlara təsir imkanı verən siyasi tənqidləri qəbul etmir. Azərbaycan hər zaman bu cürv tənqidlərə cavab verməyi bacarıb, bu isə indiki əməkdaşlığın yaranmasına gətirib çıxarıb. Düşünürəm ki, Avropa İttifaqının realist siyasətçiləri anlayır ki, Azərbaycana təsir etmək yox, onunla danışıqlara getmək şərtdir", - keçmiş xarici işlər naziri belə deyib.

Rəsmi Bakının geosiyasi istiqamətlər olmadan apardığı balanslaşdırılmış siyasətdən danışarkən, Zülfüqarov deyib ki, birtərəfli istiqamət Azərbaycanın manevr etmə imkanlarını məhdudlaşdırır. Bu səbəbdən siyasi və iqtisadi güc mərkəzləri ilə bərabərhüquqlu müttəfiqlik Azərbaycanın gələcəkdə müstəqil siyasəti üçün girovdur.

Digər bir diplomat Fikrət Sadıxov isə qeyd edib ki, Azərbaycan tərəfindən birmənalı şəkildə bu sənəd qarşılanmayıb, çünki ərazilərinin bir hissəsi işğalda olan ölkə müvafiq sənədlərin imzalanması zamanı bütün amilləri nəzərə almalı və bu incəliyi anlamaq üçün qarşı tərəfə təsir edə bilməlidir. Onun sözlərinə görə, 2018-ci ildə Bakının maraqları nəzərə alınmaqla və Azərbaycanın ərazi bütövlüyü prinsipini rəhbər tutmaqla bu sənəd imzalana bilər.

"Brüssel hər vəchlə öz maraqları çərçivəsində hərəkət etməyə çalışır və bu maddələri qəbul etmir. Avropada Azərbaycanın qarşılaşdığı problemi hiss etmirlər. Bizim məqsədimiz Avropa İttifaqının diqqətini bu məsələyə cəlb etməkdir ki, Brüssel öz ənənəvi siyasətindən əl çəksin. İntensiv iş aparmaqla qarşıya qoyulan məqsədə nail olmaq mümkündür", - diplomat əminliyini bildirib.

Sadıxov hesab edir ki, Avropa İttifaqının hazırda qarşılaşdığı vəziyyət - miqrant problemi, Böyük Britaniyanın qurumdan çıxması, separatizm qurumu Azərbaycanla onun maraqlarını nəzərə alaraq əməkdaşlıq etməyə sövq edir.

"Rusiya ilə qarşıdurma fonunda Azərbaycan Avropa üçün nəqliyyat-kommunikasiya və enerji təhlükəkizliyinin təmin edilməsi baxımından vacib müttəfiqdir. Son nəticədə Avropa İttifaqı ilə imzalanan razılıq fəxri fərman və indulgensiya aktı olmamalıdır. Biz inkişaf edirik, öz maraqlarımızı formalaşdırırıq, sosial-iqtisadi sahədə yüksək göstəricilərə nail olmuşuq. Buna görə də əgər Avropa İttifaqı öz enerji təhlükəsizliyini təmin etmək istəyirsə, kompromisslərə hazır olmalıdır və Azərbaycanın qarşılaşdığı problemləri anlayışla qarşılamalıdır", - diplomat belə deyib.

Onun sözlərinə görə, istənilən razılıq imza atan tərəflərin mövqeyini əks etdirir, burada kiminsə diktə etməsi mümkün deyil.

"Qaliblər və məğlublar prinsipcə olmamalıdır. Konkret olaraq burada söhbət qarşılıqlı faydaya əsaslanan əməkdaşlıqdan gedir. Bizə Brüsselin diktə etməsi lazım deyil, xütbələr, mənəviyyat dərslərini bir kənara qoysalar, bu razılaşma Bakı üçün faydalı olar", - Sadıxov əlavə edib.

AzNews.az