Prezident tapşırıq verdi - “Bu dözülməz vəziyyət aradan qaldırılsın”

Prezident İlham Əliyev “Yanardağ” Qoruğunda yüksək standartlara cavab verən şəraitin yaradılması ilə bağlı tapşırıq verib.

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxıb.

Qoruqdakı vəziyyətlə tanış olan dövləti başçısı burada şəraitin dözülməz olduğunu bildirib. Qeyd etdi ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.

Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verdi ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.