- Köhnə - Siyasət
- 2 Yanvar 2018 11:33
- 3 523
Milli Məclisin 2018-ci ildə ilk iclasının vaxtı müəyyənləşib
Azərbaycan Milli Məclisinin 2018-ci ildə ilk plenar iclasının və komitələrin tətildən qayıtma tarixi müəyyənləşib.
APA-nın məlumatına görə, yaz sessiyasında MM-in ilk plenar iclası fevralın 1-də baş tutacaq.
Parlamentin komitələri isə tətildən yanvarın 5-dən etibarən qayıdacaq, iclaslara isə yanvarın 10-dan etibarən başlanacaq.
AzNews.az