Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilib

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

Azərbaycanın Avropa ŞurasıParlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə daxil edilən bütün deputatların adları müəyyənləşib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, heyətdən çıxarılan 3 nəfərin yerinə təyin olunan digər parlamentarlar Ülviyyə Ağayeva və Asim Mollazadədir.

Deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılıb. Boşalan 3 yerdən birinə daha əvvəl Elşad Həsənovun təyin edildiyi məlum olmuşdu. Beləliklə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

Səməd Seyidov (sədr), Elşad Həsənov, Ülviyyə Ağayeva, Asim Mollazadə, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Rövşən Rzayev və Vüsal Hüseynov.