Bu ölkə də İsraildəki səfirliyini Qüdsə köçürməyəcək

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürməyəcəyini bəyan edib.

AzNews.az xəbər verir ki, Rumıniya Prezidentinin internet səhifəsində bildirilib ki, İsrailin Baş naziri Benyamin Netanyahu BMT-dəki səsvermədə bitərəf mövqedə olan Rumıniyanın prezidenti Klaus Yohannisə telefonla zəng edərək Rumıniya səfirliyinin Qüdsə daşınma mövzusunu müzakirə edib. Rumıniya Prezidenti Yohannis danışıq zamanı Rumıniyanın BMT-də olan bitərəf mövqeyini davam etdirdiyini dilə gətirərək, İsrail və Fələstinin bu problemi sülh içində həll etmələrinin lazım olduğunu və Rumıniyanın İsraildəki səfirliyini Qüdsə köçürməyəcəyini ifadə edib.