- Köhnə - Siyasət
- 7 Yanvar 2018 21:37
- 6 273
Əhmədinejadın vəkili onun həbs edilməsi xəbərini təkzib etdi - Yenilənib
İranın sabiq prezidenti Mahmud Əhmədinejadın vəkili Adel Heydari ölkədə baş verən etirazlara dəstəyə görə onun müştərisinin tutulması haqqında yayılan xəbərin yalnış olduğunu bildirib.
AzNews.az xəbər verir ki, bu barədə Erem news məlumat yayıb.
***
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad hökumət əleyhinə nümayişləri dəstəklədiyi üçün həbs edilib.
AzNews.az xəbər verir ki, bu iddiaları isə Al-Quds Al-Arabi qəzeti yayıb.
Nəşrin məlumatına görə, Əhmədinejadın həbsi İranın Ali rəhbəri və Dini lideri Ayətullah Əli Xamneyinin Şiraza səfəri fonunda baş verib.
Həbsə səbəb kimi, etirazlarda siyasətçinin verdiyi bəyanatların böyük rol oynadığı iddia edilir.
Bu barədə hələlik rəsmi açıqlama verilməyib.