Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi

Prezident İlham Əliyev Azərbaycanda yeni təyin olunan səfirlərin etimadnamələrini qəbul edib.

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 8-də Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bold Ravdanın, Ekvatorial Qvineyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xose Esono Miça Akenqin, Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Hamzat İbrahimin, Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviçin etimadnaməsini qəbul edib.