- Köhnə - Siyasət
- 8 Yanvar 2018 20:49
- 3 232
Türkiyədə fövqəladə vəziyyət rejiminin müddəti yenidən uzadılacaq
Türkiyədəki mövcud fövqəladə vəziyyət rejiminin müddəti daha 3 ay müddətinə uzadılacaq.
AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bildirib.
Onun sözlərinə görə, qərar parlamentdə təsdiq edildikdən sonra qüvvəyə minəcək.
Fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun 21-də, hərbi çevrilişə cəhddən sonra tətbiq olunub.