Saxlanılan gənclərin ilkin siyahısı



Bu gün Bakıda "Fəvvarələr" meydanında "Əsgər ölümlərinə son" şüarı altında keçirilən aksiya zamanı Müsavat Partiyası gənclər təşkilatının sədr müavini Rauf Məmmədli, Müsavat gənclər təşkilatının üzvləri Ayaz Xəlilzadə, Ağababa Məmmədov, Azər Sadıqov, Şamil Beydulla və Fərid adlı gənc polis tərəfindən saxlanılıb.

Aksiyada saxlanılanların arasında ADP üzvləri Osman Əhmədov, Orxan Babayev də var.

"OL" Gənclər Təşkilatından Ruslan Əsəd də polis tərəfindən saxlanılıb.
Polis tərəfindən xüsusi avtobuslara doldurulan etirazçılara qarşı zor tətbiq olunub. Onlar döyülüblər, üzlərinə gözyaşardıcı qaz vurulub.
Musavat.com-un məlumatına görə, ümumilikdə 70-ə qədər gənc saxlanılıb.

ADP-nin Binəqədi təşkilatının sədri Şəhla Hacıyeva musavat.com-a deyib ki, onu, Səadət Hüseynova və Ülkər Rzayeva adlı xanımları islanmış vəziyyətdə polis avtobuslarına dolduraraq bölməyə aparıblar. Onlarla bərabər Anar Namazov, Tural Məmmədov, Xətai Qurbanlı, Mehman Mehmanzadə, Hüseyn Eminli də saxlanılanlar arasındadır.
VHP-nin mətbuat xidmətindən verilən məlumata görə, 10 mart aksiyası zamanı bur partiyanın fəalları Əlövsət Əliyev, Səbuhi Quliyev, Asimə Nəsirli, Səadət Abdullazadə, Türkan Əziz və Sevinc Mahmudova da saxlanılıb.

"Milli fikir" mərkəzinin rəhbəri Şəhriyar Həmidovun nusavat.com-a verdiyi xəbərə görə, aksiya zamanı təzyiqli su şırnağına məruz qalan və üzdən jurnalist gödəkçəsini çıxaran jurnalist Kamran Həsənli (Etatist.com saytının əməkdaşı) saxlanılaraq polis bölməsinə aparılıb.