Azərbaycanlı şagirdlər Bakıda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırıma məktub veriblər. Azərbaycanlı şagirdlər Bakıda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırıma məktub veriblər.

Azərbaycanlı şagirdlər Afrin döyüşçülərinə məktub yazıb Binəli Yıldırıma verdilər

Azərbaycanlı şagirdlər Bakıda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırıma məktub veriblər.

AzNews.az xəbər verir ki, Azərbaycanın paytaxtı Bakıda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırımla görüşən Atatürk liseyinin şagirdləri ona "Zeytun budağı" əməliyyatında iştirak edən əsgərlər üçün yazdıqları məktubları veriblər. Azərbaycanlı şagirdlərin bu addımı Türkiyə nümayəndə heyətində duyğusal anların yaşanmasına səbəb olub.

Şagirdlərin ona verdiyi Azərbaycan bayrağına bükülən "Qurani-Kərim"i, məktubları və rəsmləri alan Binəli Yıldırım bunları əsgərlərə çatdıracağına söz verib və uşaqları öpərək onlara təşəkkür edib.