Yaxın gələcəkdə İran vətəndaşları aeroportlarda Azərbaycan vizası ala biləcəklər. Yaxın gələcəkdə İran vətəndaşları aeroportlarda Azərbaycan vizası ala biləcəklər.

Azərbaycan və İran arasında viza rejimi sadələşdiriləcək - Yenilənib

Yaxın gələcəkdə İran vətəndaşları aeroportlarda Azərbaycan vizası ala biləcəklər.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, çıxışı zamanı iranlı nazir regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

"Bizim regional əməkdaşlığa ehtiyacımız var. İran İslam Respublikası regionda həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq qurmağı planlaşdırır. Bu əlaqənin ən vacib sahələrindən biri tranzitdir. Biz Fars körfəzini Hind okeanı və Qara dənizlə birləşdirəcək ən sərfəli marşrut yaratmağa qadirik. Enerji və turizm sahəsində də imkanlar mövcuddur".

13:24

***

APA-nın məlumatına görə, Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin bu gün Bakıda keçirilən birinci dördtərəfli görüşündə Bakı Bəyannaməsi qəbul edilib.

Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze iştirak edib.

AzNews.az