- Köhnə - Siyasət
- 11 Aprel 2018 12:15
- 4 823
“Seçkilərin xalqın seçimini əks etdirəcəyinə ümidvarıq” ATƏT PA missiyasının koordinatoru
"Ümidvarıq ki, bu seçkilər xalqın seçimini əks etdirəcək".
"Report" xəbər verir ki, bunu jurnalistlərə ATƏT-in Parlament Assambleyasının qısamüddətli müşahidə missiyasının koordinatoru Nilza Sena (Portuqaliya) deyib.
"Azərbaycan xalqı ilə tam həmrəy olduğumu bildirirəm. Sizə ən xoş arzularımı çatdırıram", - missiyanın koordinatoru bildirib.
Öz növbəsində, ATƏT-in Parlament Assambleyasının (PA) müşahidə missiyasının rəhbəri Marqret Kiner Nellen (İsveçrə) missiyanın tərkibi barədə danışıb: "Bu gün Azərbaycanda keçirilən seçkiləri ATƏT-in bütün ölkələrindən ümumilikdə 300-ə yaxın müşahidəçi, o cümlədən ATƏT ölkələrindən 50-dən parlamentari müşahidə edir. Hesab edirəm ki, işimiz məhsuldar və həm Azərbaycan, həm də xalqınız üçün yararlı olacaq".
AzNews.az