Nərimanov-Nizami seçki dairəsi üzrə saat 12:00-dək seçicilərin sayı

18 saylı Nərimanov-Nizami seçki dairəsi dairə seçki komissiyasının tərkibində fəaliyyət göstərən seçki məntəqələrində səsvermənin başlandığı səhər 8:00-dan etibarən yüksək fəallıq müşahidə olunur. Səsvermənin şəffaf keçirilməsi üçün bütün məntəqələrdə hər cür şərait yaradılıb.

Bunu AZƏRTAC-a müsahibəsində 18 saylı Nərimanov–Nizami seçki dairəsi dairə seçki komissiyasının sədri İslam Muradov söyləyib. O bildirib ki, saat 12:00-dək dairə üzrə 14 min 815 seçici (31,7 faiz) səs verib

İ.Muradov deyib ki, 18 saylı Nərimanov-Nizami seçki dairəsi dairə seçki komissiyasının tərkibində olan 35 məntəqə zəruri avadanlıqla təmin edilib. On məntəqədə veb-kamera, iki məntəqədə isə fiziki qüsurlu və gözdən əlil şəxslər üçün pandus quraşdırılıb. Dairə üzrə 46 min 704 nəfər qeydə alınıb, 184 gənc ilk dəfə səs verəcək. Məntəqələrdə səsvermə prosedurlarına ciddi əməl olunur. Yeri və xarici müşahidəçilərin səsvermənin gedişatını izləməsi üçün rahat şərait yaradılıb.

AzNews.az