"Seçkilər yüksək səviyyədə keçir. Saat 17.00-a qədər seçicilərin 70 faizi səs verib". "Seçkilər yüksək səviyyədə keçir. Saat 17.00-a qədər seçicilərin 70 faizi səs verib".

“Seçicilərin 70 faizi səs verib” - Ramiz Mehdiyev

"Seçkilər yüksək səviyyədə keçir. Saat 17.00-a qədər seçicilərin 70 faizi səs verib".

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib.

R. Mehdiyev deyib ki, Azərbaycan son 15 ildə sürətlə inkişaf edib, böyük nailiyyətlər əldə edib. Azərbaycan beynəlxalq səviyyədə tanınıb: "Azərbaycanda iqtisadiyyat və sosial sahədə bir çox problemlər həllini tapıb. Ona görə də seçicilərin seçkilərdə yüksək səviyyədə iştirakı təbiidir".

R. Mehdiyev deyib ki, bu seçkilər tarixdə vacib hadisə kimi qalacaq.

Akademik xaricdən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasını da pisləyib.

Jurnalistlərə açıqlamasında bu halı çox pis qiymətləndirdiyini deyən R.Mehdiyev hesab edir ki, normal adam bu yolla getməməlidir:

"Bir var daxildə müxalifət, bir də var xaricə gedərək Azərbaycana qara yaxıb hörmətdən salmağa çalışmaq. Bu, yaxşı hal deyil".

R.Mehdiyev təəssüflə qeyd edib ki, böyük cinayətlər törədərək xaricə qaçan bəziləri oradan Azərbaycanı pisləməyə başlayıblar:

"Hər halda bu, Azərbaycan xalqına xas olan bir xüsusiyyət deyil. Görünür ki, həmin insanların mədəniyyəti, tərbiyəsi olmadığına görə belə xoşagəlməz yollara əl atırlar".

AzNews.az