- Köhnə - Siyasət
- 11 Aprel 2018 18:12
- 4 247
“Azərbaycanda Avropa ölkələrinə oxşar seçki keçirilir” - Polşalı müşahidəçi
“Azərbaycanda Avropa ölkələrinə oxşar seçki prosesi müşahidə etdik. Deyə bilmərik ki, burada qanun pozuntuları olub. Prosesin tacqoyma mərasimi – səsvermə kifayət qədər aydın keçdi”.
Bunu APA-ya açıqlamasında prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən polşalı müşahidəçi Kosma Tadeuş Zlotovski deyib. O qeyd edib ki, bəzi seçki məntəqələrində uzun sıralar olmasına baxmayaraq, bəzilərində çox az seçici müşahidə olunub.