Bunu Trend-ə Ukrayna parlamentinin müşahidə missiyasının üzvü Maksim Kuryaçiy deyib. Bunu Trend-ə Ukrayna parlamentinin müşahidə missiyasının üzvü Maksim Kuryaçiy deyib.

Azərbaycanda prezident seçkiləri xoş ab-havada keçir - Ukraynalı deputat

Bunu Trend-ə Ukrayna parlamentinin müşahidə missiyasının üzvü Maksim Kuryaçiy deyib.

M.Kuryaçiy deyib: "Azərbaycanda prezident seçkiləri xoş ab-havada, seçicilərin yüksək əhval-ruhiyyəsi ilə keçir. Vətəndaşların böyük fəallığı və seçkilərdə iştirak etmək üçün böyük istəyi göz qabağındadır".

Ukraynalı deputat seçki məntəqələrində fiziki qüsurlu insanlar üçün yaradılmış şəraiti xüsusi vurğulayıb:

"Seçki məntəqlərində fiziki qüsurlu şəxslər üçün bütün şərait yaradılıb, o cümlədən brayl əlifbası ilə xüsusi bülletenlər var. Bundan başqa, videokameraların, eləcə də müasir texniki avadanlığın bütün növlərinin olmasını xüsusi vurğulamaq istəyirəm".

Daha sonra ukraynalı deputat qeyd edib ki, bütün seçki məntəqələri bağlandıqdan sonra səsvermənin nəticələri brifinqdə elan ediləcək.