- Köhnə - Siyasət
- 11 Aprel 2018 20:11
- 5 260
YAP-çı gənclər İlham Əliyevin qələbəsi münasibətilə yürüş keçirir
Bu gün keçirilən prezident seçkilərində İlham Əliyevin qalib gəldiyini bildirən YAP üzvü olan gənclər Bakıda yürüş keçirirlər.
APA-nın xəbərinə görə, "Qoşa qala qapısı"nın yanından başlayan yürüş davam edir.
İştirakçılar oradan "Fəvvarələr meydanı”na, daha sonra “Sahil bağı”na yürüş edəcəklər.
Sonda konsert proqramının təşkil olunacağı bildirilir.