- Köhnə - Siyasət
- 11 Aprel 2018 20:21
- 6 724
"Rəy" Monitorinq Mərkəzi: YAP-ın namizədi 84,49 faiz səslə qalib gəlib
"Rəy" Monitorinq Mərkəzinin keçirdiyi "exit-poll"un nəticəsinə əsasən, seçkilərdə hazırkı dövlət başçısı, YAP-ın prezidentliyə namizədi İlham Əliyev 84,49 faiz səslə qalib gəlib.
AzNews.az-ın məlumatına görə, Mərkəzin rəhbəri Rizvan Abbasov bildirib ki, seçicilərin 72.3 faizi səsvermədə iştirak edib.
Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:
Qüdrət Həsənquliyev 3.72%
Zahid Oruc 3.21%
Sərdar Cəlaloğlu 3.04%
Araz Əlizadə 1.65%
Hafiz Hacıyev 1.57%
Fərəc Quliyev 1.46 %.
Razi Nurullayev 0.86 %.
Sorğu respublika üzrə 350 seçki məntəqəsində və 48 dairədə keçirilib.