Azərbaycanda prezident seçkiləri prosesi demokratik Avropa standartlarına uyğun keçdi. Azərbaycanda prezident seçkiləri prosesi demokratik Avropa standartlarına uyğun keçdi.

Azərbaycanda prezident seçkiləri demokratik keçdi: Gürcü parlamentari

Azərbaycanda prezident seçkiləri prosesi demokratik Avropa standartlarına uyğun keçdi.

Bunu mətbuat konfransında Gürcüstan parlamenti sədrinin müavini Zviad Dzidziquri deyib.

Sədr müavini bildirib: “Qeyd etmək istərdim ki, seçki prosesi sakit keçdi, biz seçicilərin yüksək fəallığını müşahidə etdik. Məntəqələrdə bütün namizədlərin müşahidəçiləri var idi ki, onlar prosesin demokratik keçməsindən əmin ola bilərdi”.

Z.Dzidziquri onu da əlavə edib ki, seçkilər zamanı qüsurlar qeydə alınmayıb.