- Köhnə - Siyasət
- 11 Aprel 2018 21:41
- 2 809
Prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib - Türk PA müşahidə missiyası
![](https://www.aznews.az/storage/2018/04/11/turkpa-numayende-11042018.jpg)
Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) müşahidə missiyası seçkilərin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, çıxış edən təşkilatın baş katibi Altunbek Mamaisupov Azərbaycanda keçirilən seçkilərlə bağlı müxtəlif görüşlər keçirildiyini deyib.
Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpek Azərbaycanda keçirilən seçkilərin yüksək səviyyədə təşkil olunduğunu deyib.
Haluk İpek əlavə edib ki, seçim prosesində hər hansı qanun pozuntusu qeydə alınmayıb: “Xüsusən qeyd edim ki, əlillərin səs verməsi üçün yüksək şərait yaradılmışdı. Türk PA missiyası Azərbaycanda təşkil olunan prezident seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyini müşahidə edib”.