- Köhnə - Siyasət
- 13 Aprel 2018 12:35
- 4 128
“Sarkisyan ATƏT MQ sənədlərinin Dağlıq Qarabağa müstəqillik verməyəcəyini etiraf etdi” - Mübariz Əhmədoğlu
İtaliyanın La Stampa qəzetinə verdiyi müsahibədə S.Sərkisyanın mövqeyi bir sıra prizmalardan xüsusi diqqət çəkir.
ı. Bu, S.Sərkisyanın prezident qismində xarici mətbuata verdiyi son müsahibəsi idi.
ıı. La Stampa Cənubi Qafqaz regionunu, Dağlıq Qarabağproblemini o qədər də yaxşı bilmir. Ona görə S.Sərkisyanın yalanı iriaddımlarla irəlilədi.
ııı. S.Sərkisyan Dağlıq Qarabağın müstəqilliyini tanımağa hazırlaşdığını bəyan etdi:
Əvvəlcə Dağlıq Qarabağın təhlükəsizliyini təmin etməlidir.
Dağlıq Qarabağın təhlükəsizliyi təmin olunan kimi birinci elə Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq.
Burdan bir çox nəticələr çıxarmaq mümkündür. Amma ən vacib nəticə odur ki, S.Sərkisyanın özünün də onillik prezidentliyi dövründə ATƏT MQ-da hazırlanmış sənədlər Dağlıq Qarabağa müstəqillik vəd etmir. S.Sərkisyan bax bunu etiraf etdi. S.Sərkisyan həm də hal-hazırda Dağlıq Qarabağ tənzimlənməsində Aİ-nin da tutduğu mövqedən narazılığını bildirdi. Digər arqumentlər dəbunu deməyə əsas verir. S.Sərkisyanın partiyasına məxsus deputatlar Ermənistan parlamentində noyabrın 24-də Aİ-nin Brüssel sammitində imzalanmış müqavilənin ratifikasiyası zamanı Dağlıq Qarabağ mövzusuna xüsusimünasibət bildirdilər. Əslində sənəd hazırlanarkən Ermənistan rəhbərliyinə Aİ-nin Dağlıq Qarabağ tənzimlənməsində tutduğu mövqe çox əla bəlli idi. Aİ birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və 2017-ci ilin noyabrın 24-də Aİ-nin Brüssel sammitində imzalanan sənəddə də ərazi bütövlüyü, dövlət suverenliyinə dəstəkləməklə yanaşı Şərq Tərəfdaşlığı Proqramı məkanında olan münaqişələrə vahid yanaşma ortalığa qoydu;
Gürcüstan, Moldova, Azərbaycan və Ukrayna ərazisindəki münaqişələrərazi bütövlüyü və dövlət suverenliyi prinsipi əsasında tənzimlənməlidir.
Amma bu vaxtadək Aİ Gürcüstan, Moldova və Ukrayna ərazisindəki münaqişələrə bir, Dağlıq Qarabağ münaqişəsinə isə fərqli mövqe nümayiş etdirib. Ermənistan rəhbərliyibunu bilə-bilə sənədi imzaladı. Amma indi parlamentdə gedən müzakirələrdə isə Ermənistan rəhbərliyinin tutduğu mövqe Avropa İttifaqına qarşı bəhanə axtarmağadaha çox bənzəyir. Hər halda S.Sərkisyanın təhlükəsizliklə bağlı dediyindən digərnəticələri də çıxarmaq mümkündür. S.Sərkisyan özü etiraf edir ki, DağlıqQarabağ və ətraf rayonlara azərbaycanlılar qayıdacaq. ATƏT MQ həmsədrlərininhazırladığı sənəddə bu birmənalı şəkildə göstərilib. Azərbaycanlıların Dağlıq Qarabağa qayıtması şərti ilə S.Sərkisyanın özünün nəzərdə tutduğu təhlükəsizliktəminatı nə qaydada olacağı onun özünə də bəlli deyil. Çünki hələ ən azı azərbaycanlılar olmadan S.Sərkisyan artıq Dağlıq Qarabağda təhlükəsizliyi təmin edə bilmir, Dağlıq Qarabağ S.Sərkisyanın arzuladığı istiqamətdə getmir. Ətraf rayonların Azərbaycana qayıtması məcburi şərtdir. Təhlükəsizliyi indiki vəziyyətdə saxlamaq Ermənistana qat-qat baha başa gələcək. Əhalisinin sayı azalan, iqtisadiyyatı getdikcə zəifləyən, vətəndaşlarının dövlətə inamı itmiş Ermənistanın bundan sonra güctoplayıb əlavə təhlükəsizlik tədbirləri görə bilməsi imkan xaricindədir. S.Sərkisyanın dövründə ənciddi dəyişikliklərdən biri də Ermənistanın diasporla az qala qarşıdurma vəziyyətində olmasıdır. Belə olan təqdirdə S.Sərkisyana xaricdən də dəstək gəlməyəcək. Ona görə ya S.Sərkisyan La Stampa müxbirinin məlumatsızlığından istifadə edib özağlına gələni danışıb və yaxud S.Sərkisyanın doğrudan da psixi problemləri varvə yaxud da doğrudan da ola bilər S.Sərkisyan artıq hesab edir ki, ATƏT-in Minsk Qrupundan imtina etməklə yeni imitasiya resursu yaratmaq olar.
Mübariz Əhmədoğlu
AzNews.az