BMT təcili toplanır - Rusiyanın tələbi ilə

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Amerika Birləşmiş Ştatları, İngiltərə və Fransanın bu gün Suriyadakı rejimin kimyəvi silah təsislərinə yönələn hava hücumu ilə bağlı təcili toplanır.

AzNews.az xəbər verir ki, Rusiyanın tələbi ilə BMT Təhlükəsizlik Şurası saat 19:00-da toplanacaq.

ABŞ, İngiltərə və Fransanın Suriya rejiminə yönələn hava hücumu çərçivəsində paytaxt Şam yaxınlığında bir kimyəvi silah araşdırma mərkəzi, Humsun qərbində yerləşən bir kimyəvi silah deposu ilə kimyəvi silahlarla əlaqəli bir mərkəzin vurulduğu bildirilir.