Rusiya XİN-dən hücumla əlaqədar sərt açıqlama

Rusiya Xarici İşlər Nazirliyi hücumla əlaqədar yeni açıqlama verib.

AzNews.az xəbər verir ki, Nazirlikdən edilən yazılı açıqlamada bildirilir ki, Suriyaya qarşı onun torpaqlarında böyük bir raket hücumu təşkil edən Amerika Birləşmiş Ştatlarının İngiltərə və Fransa ilə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini kobud şəkildə pozaraq təcavüzkar hücumu müdafiə edildi.

Açıqlamada 100-dən çox raketlə dəniz və havadan hədəflənən Suriyada hərbi yerlər və vətəndaş infrastrukturları da daxil olmaqla əhəmiyyətli maddi ziyan olduğu ifadə edilib.

Hücum zamanı Rusiya vətəndaşları zərər görməyib və Rusiyanın nəzarət etdiyi baza hədəf alınmayıb.

Açıqlamada, "Bu məqsədli qorxunc dəhşət Suriya rejiminin Dəməşqin ətrafında güya 7 Aprel tarixində kimyəvi silahdan istifadə etməsi bəhanələri ilə həyata keçirilib" deyə bildirilir. Rusiya tərəfinin və Suriya rejiminin faktları nəzərə alınmadığına dair bəyanatda bildirilir.

Şiddətlə qınayırıq

"Suriyaya edilən hücumun məqsədi Kimyəvi Silahların Qadağası Təşkilatının müfəttişlərinin işləməsinə maneə törətməkdir, bunun üçün hər cür səbəb ortadadır. Suriyaya istiqamətli silahlı hücumu qəti şəkildə qınayırıq. Məsələ burasındadır ki, beynəlxalq hüququn əsas prinsiplərini üstün tutan, Birləşmiş Millətlər Təşkilatının tam üzv olan, uzun illərdir ki torpaqlarında terrorizmlə mübarizə aparan ölkənin suverenliyi əsassız şəkildə pozulub".

Suriya rejimi İŞİD və digər terror təşkilatlarına qarşı mübarizəni uğurla davam etdirərkən hücuma məruz qaldığı bildirilən açıqlamada bunun radikal və ekstremist təşkilatları yenidən canlandıracağını və Suriyada qan tökülməsini sürətləndirəcəyini, bununla da Suriyadakı problemin siyasi həllinin çətinləşəcəyi bəyan edilib.

Qərbin güya Suriyadakı terrorçuları məğlub etmək üçün hücumun səbəbini əsaslandırmağa çalışdığı bildirilən açıqlamada əslində Qərbin Suriyanın parçalanması üçün çalışıdığı bildirilir.