Rusiyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından Suriyada rejimin kimyəvi silah təsislərinə yönələn hava hücumu təşkil edən ABŞ, İngiltərə və Fransanın qınanmasını tələb etdiyi qərar doqquz ölkənin dəstəyini almadığı üçün rədd edilib. Rusiyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından Suriyada rejimin kimyəvi silah təsislərinə yönələn hava hücumu təşkil edən ABŞ, İngiltərə və Fransanın qınanmasını tələb etdiyi qərar doqquz ölkənin dəstəyini almadığı üçün rədd edilib.

BMT-nin təcili toplantısı başa çatdı və qərar...

Rusiyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından Suriyada rejimin kimyəvi silah təsislərinə yönələn hava hücumu təşkil edən ABŞ, İngiltərə və Fransanın qınanmasını tələb etdiyi qərar doqquz ölkənin dəstəyini almadığı üçün rədd edilib.

AzNews.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağıran Rusiya Birləşmiş Ştatlar, İngiltərə və Fransanın "ABŞ və onun müttəfiqlərinin beynəlxalq hüquqa zidd olduğunu" əsas gətirərək qınayacağına dair qərar təqdim edib.

Rusiyanın bu qərarı 15 üzvü olan BMT Təhlükəsizlik Şurasında lazımi olan 9 ölkənin dəstəyini ala bilmədiyi üçün qəbul olunmayıb.

Yalnız Çin və Boliviya Rusiyanın qərarını dəstəkləyib. Qərara ABŞ, İngiltərə, Fransa, İsveç, Polşa, Fil Dişi Sahili, Küveyt və Hollandiya qarşı çıxıb. BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlərindən Peru, Qazaxıstan, Efiopiya və Ekvador Qinesi bitərəf olub.

Rusiya həmçinin qərarda Suriyaya qarşı təcavüzkar mövqeyin dərhal ləğv olunmasını və gərginliyin artmasına səbəb olan hər hansı bir hərəkətin qarşısının alınmasını tələb edirdi.

BMT Təhlükəsizlik Şurasınında bir qərarın qəbul edilməsi üçün 15 üzvdən ən azı doqquzunun lehinə səs verməsi və ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa daimi üzvlərinin heç birinin öz veto hüququndan istifadə etməməsi lazımdır.