"Seçkilərdə namizədlərə bərabər şərait yaradılıb" - MSK sədri (Yenilənib)

"Prezident seçkilərini dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələri də izləyib. Bu seçki əlamətdar hadisədir".

AzNews.az Report-a istinadən xəbər verir ki,bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, seçkilərdə namizədlərə bərabər şərait yaradılıb.

"Namizədlər qanunun onlara verdiyi hüquqlardan istifadə ediblər. Burada hər hansı çətinlik olmayıb", - deyə o əlavə edib.

***

11:09

Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurmaqla bağlı iclası başlayıb.

AzNews.az xəbər verir ki, Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK seçkilərin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Azərbaycan Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edəcək.

Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı bu müddət aprelin 21-dək olan dövrü əhatə edir.

Konstitusiya Məhkəməsi isə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir.

Qeyd edək ki, aprelin 11-də keçirilmiş prezident seçkilərinin ilkin nəticələrinə əsasən İlham Əliyev 86,03 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0, 74 faiz səs toplayıb. Prezident seçkilərində 5 milyon 314 min 365 seçicidən 3 milyon 962 min 123 nəfəri iştirak edib, seçici fəallığı 74,30 faiz olub.