Norveçin “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre Azərbaycan prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib. Norveçin “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre Azərbaycan prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib.

"Statoil” şirkətinin baş icraçı direktorundan İlham Əliyevə təbrik məktubu - Foto

Norveçin “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre Azərbaycan prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib.

AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvarıq ki, yeni prezidentliyiniz müddətində Azərbaycana uğurlu rəhbərliyiniz davam edəcək və qlobal enerji sistemindəki mühüm keçid dövründə Azərbaycan dünyanı etibarlı və təhlükəsiz şəkildə enerji ilə təmin edən əsas beynəlxalq tərəfdaşlardan biri olaraq qalacaq.

“Statoil” Azərbaycan Respublikasının şirkətimizə olan inamına əsaslanan tərəfdaşlığımıza böyük dəyər verir.

Zati-aliləri, prezident seçkilərindəki qələbəniz münasibətilə təbriklərimi və ən dərin ehtiramımı qəbul edin".

Eldar Saetre