Estoniya prezidenti Kersti Kalyulay İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib. Estoniya prezidenti Kersti Kalyulay İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Azərbaycan Prezidentinə təbriklər gəlməkdə davam edir - Foto (Yenilənib)

Estoniya prezidenti Kersti Kalyulay İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

AzNews.az xəbər verir ki,təbrikdə deyilir:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, ölkələrimiz arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi yolunda birgə çalışmağa davam edəcəyik.

Mənim ən yüksək ehtiramımı, eləcə də Azərbaycan Respublikasının və onun xalqının rifahı və firavanlığı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".

***

19:58

Seneqal Respublikasının Prezidenti Məkki Sall, Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov və Qətər Dövlətinin sabiq Baş naziri və sabiq xarici işlər naziri Şeyx Həməd bin Casim bin Cabir Al Tani Prezident İlham Əliyevə təbrik məktubu göndəriblər.

Seneqal liderinin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə ünvanlanan məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.

Ölkənizin inkişafı, vətəndaşlarınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram.

Ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək üçün birgə səylərimizi davam etdirmək əzmində olduğuma əmin ola bilərsiniz".

Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun Prezident İlham Əliyevə ünvanladığı məktubda qeyd olunur:

"Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiyanın Sankt-Peterburq şəhəri Qanunvericilik Məclisinin deputatları adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Seçkilərdə inamlı qələbəniz Sizin siyasi nüfuzunuzun yüksək olduğunu əyani surətdə təsdiq edir, Azərbaycanın qarşısında duran aktual sosial-iqtisadi və xarici siyasət məsələlərinin həllində Zati-alinizin xidmətlərinin etiraf olunduğunu göstərir.

Azərbaycan xalqı öz ölkəsinin sabit gələcəyinin, tərəqqisinin və firavanlığının xeyrinə bu dəfə də düzgün seçim edib. Ümidvaram ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə Rusiya Federasiyası ilə qarşılıqlı faydalı dostluq əlaqələrini vətəndaşlarımızın başlıca maraqlarına tam müvafiq surətdə möhkəmləndirmək xəttini davam etdirəcək. Öz tərəfimdən Sizi əmin edirəm ki, biz də xalqlarımızın çoxəsrlik ənənələrə əsaslanan dostluq və əməkdaşlıq ruhuna həmişə sadiq qalacağıq.

İcazə verin, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan vətəndaşlarının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyim".

Qətər Dövlətinin sabiq Baş naziri və sabiq xarici işlər naziri Şeyx Həməd bin Casim bin Cabir Al Tani də Azərbaycan Prezidentinə təbrik məktubu göndərib:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırmaq istərdim.

Dost Azərbaycan xalqının rifahı naminə və qardaş ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində ali dövləti vəzifələrinizin həyata keçirilməsində Zati-alinizə uğurlar arzulayıram.

Ən dərin ehtiramımı qəbul etməyinizi Zati-alinizdən xahiş edirəm".