Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar. Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.

Prezident ailəsi ilə Bayraq Meydanında olub

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.

AzNews.az xəbər verir ki, fəxri qarovul dəstəsinin rəisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı əsgərləri salamlayıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açılıb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.

Sonda xatirə şəkli çəkdirildi.