“Milyarderlər İttifaqı” radio təsis etdi – EKSKLÜZİV

Qurum təşkilatlanma yönündə ciddi fəaliyyətə start verdi


""Azerros" və "Milyarderlər İttifaqı" artıq radio belə təsis edib, təbliğata başlayıblar". Bu barədə AzNews.az-a Moskvada yaşayan tələbə həmyerlimiz Teymur Hüseynov məlumat verib.

Həmyerlimizin dediyinə görə, "Evrazia.FM" adlanan bu radio birbaşa "Milyarderlər İttifaqı"nın üzvləri tərəfindən maliyyələşdirilir. Radionun saytı evrazia.ru isə artıq fəaliyyət başlayıb.

Mənbə bildirir ki, İttifaq və Soyun Sadıqovun təsis etdiyi Milli Vəhdət Partiyası artıq Rusiyanın regionlarında belə təşkilatlanmaqdadırlar.
Şərti adı "Milyarderlər İttifaqı" olan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının, həm də Milli Vəhdət partiyasının yerli şöbələrinin yaradılması üçün Abbas Abbasovun imzası ilə regionlara təşkilatlanmayla bağlı məktublar göndərməsi ilə bağlı xəbərlər də gəlir.

Mənbəmiz həmin məktublardan birin surətini bizə təqdim edib. Bu məktub "Azerros"un Dağıstandakı nümayəndəsi Telman Hacıbəyliyə göndərilib. Məktubda yeni qurumun bu regionda fəaliyyətə başlamasının zərurəti bildirilir və təşkilatlanmasının vacibliyi qeyd edilir.

Mənbənin məlumatına görə, maraqlı məqamlardan biri də hakimiyyətə yaxın Ümumrusiya Azərbaycanlıları Konqresinin Rusiyanın əksər vilayətlərindəki nümayəndələrinin "Milyarderlər İttifaqı"na və Milli Vəhdət Partiyasına qoşulmaları barədədir.

Onların əksəriyyəti yeni qurumlarda təmsil olunacaqları barədə Moskvaya "hə" deyiblər. Sadəcə zaman məsələsi var. Gələn aydan Rusiyanın əksər diaspora qurumlarının sədrləri Milyarderlər İttifaqına və Milli Vəhdət Partiyasına keçəcəklər. Artıq Moskvadan regionlara gedən emissarlar onlarla söhbətlər aparıblar. Məsələn, Söyün Sadıqovun sağ əli sayılan Qalib Ağayev bu yaxınlarda Çelyabinsk, Yekaterinburq və Ulyanovskda olub. Mənbə deyir ki, Rusiyanın əksər regionlarında artıq bu istiqamətdə işlər aparılır.

Orxan
AzNews.az

image description