Azərbaycan Rusiyadan xilasetmə əməliyyatlarında istifadə olunan yeni helikopterlər almaq niyyətindədir Azərbaycan Rusiyadan xilasetmə əməliyyatlarında istifadə olunan yeni helikopterlər almaq niyyətindədir

Azərbaycan Rusiyadan yeni helikopter alacaq

Azərbaycan Rusiyadan xilasetmə əməliyyatlarında istifadə olunan yeni helikopterlər almaq niyyətindədir




APA-nın məlumatına görə, hazırda bununla bağlı tərəflər arasında müzakirələr aparılır.

Azərbaycan tərəfi əsasən yanğınsöndürmə və xilasetmə əməliyyatları üçün xüsusi hazırlanmış Mi-8, Mi-17, Ka-32, Ansat və Mi-226 tipli helikopterlərə maraq göstərir. Ötən il Azərbaycan nümayəndə heyətləri Kazan Helikopter Zavodunda və digər aviasiya müəssisələrində tanışlıq səfərlərində olublar.

Qeyd edək ki, hazırda Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə əməliyyatlarında əsasən Rusiya istehsalı olan Mi-8, Mi-17 və Ka-32 helikopterlərindən istifadə olunur.

AzNews.az