- Köhnə - Siyasət
- 15 Mart 2013 11:45
- 2 212
Musa Qasımlı: “Baş nazirin hesabatını müsbət dəyərləndirirəm”

AzNews.az-ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasda çıxışı zamanı deputat Musa Qasımlı deyib. M.Qasımlı bildirib ki, ölkə günü-gündən inkişaf edir:
"Baş nazirin hesabatını müsbət dəyərləndirirəm və ona səs verəcəyəm. Həqiqətən də Azərbaycanda sosial iqtisadi vəziyyəti xeyli inkişaf edib. Bunun nəticəsidir ki, ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasına sədrliyi öhdəsinə götürdü".
Deputat orduda baş verənlərə də toxunub: "Dünyanın hər bir ölkəsinin ordusunda ölümlər olur. Bizdə də həmçinin. Son dövrlər orduda baş verən hadisələrə görə aksiyalar keçirilir. Bəs, bu aksiyalarda ölüm hadisəsi olarsa, kim məsuliyyət daşıyacaq. Bununla belə orduda baş verənlərin də üstündən keçmək olmaz. Orduya diqqət daha da artırılmalıdır".
İlkin
AzNews.az