- Köhnə - Siyasət
- 28 May 2018 12:20
- 2 835
Tbilisidə Heydər Əliyevin abidəsi ziyarət edilib
Azərbaycanın Gürcüstandakı səfirliyinin, SOCAR-ın Gürcüstan nümayəndəliyinin, eləcə də bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, jurnalistlər 28 May - Respublika Günü münasibətilə Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.
"Azərtac" xəbər verir ki, parka toplaşanlar müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.