- Köhnə - Siyasət
- 28 May 2018 19:27
- 4 712
Paytaxtda Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları oldu - Fotolar
Bu gün 28 May - Respublika Günü münasibətilə Bakıda hərbi orkestrlərin çıxışları təşkil olunub.
AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, hərbi orkestrlər Bakının müxtəlif yerlərində - Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında), Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə), Fəvvarələr meydanında, Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında, Zərifə Əliyeva parkında, Zabitlər parkında çıxışlar edib.