ürkiyənin İstanbul şəhərində Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ildönümü fərqli şəkildə qeyd olunub. ürkiyənin İstanbul şəhərində Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ildönümü fərqli şəkildə qeyd olunub.

İstanbulun məşhur asma körpüsü Azərbaycan bayrağının rənglərinə büründü - Fotolar

ürkiyənin İstanbul şəhərində Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ildönümü fərqli şəkildə qeyd olunub.

"Report"un Türkiyə bürosu xəbər verir ki, İstanbulun Asiya və Avropa səmtini Boğaziçindən sonra ikinci dəfə birləşdirən, Osmanlı tarixinin ən önəmli sultanlarından olan Sultan Mehmet Fatehin adını daşıyan asma körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlanıb.

Möhtəşəm İstanbul mənzərəsinin rəngləndiyi körpünün görüntüsü hər kəsin marağına səbəb olub. Bu əsrarəngiz aksiya Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə reallaşıb. Ankara vaxtı ilə saat 20:00-da mavi, qırmızı və yaşıl işıqlara bürünən körpünün görüntüsünü izləmək üçün İstanbulda yaşayan həmvətənlərimiz onun ən gözəl göründüyü Etilər, Kavacık, Hisarüstü səmtlərinə axın ediblər.

Körpü saat 20:00-dan səhər açılana kimi üçrəngli bayrağın işıqlarına boyanacaq.

AzNews.az

image description image description image description image description image description image description image description image description