- Köhnə - Siyasət
- 29 May 2018 12:55
- 2 757
“Azərbaycan NATO üçün çox əhəmiyyətli tərəfdaşdır” - Stoltenberq
Azərbaycan NATO üçün çox əhəmiyyətli tərəfdaşdır.
Trend-in məlumatına görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının Varşavada keçirilən yaz sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızının sualını cavablandırarkən deyib.
Y.Stolenberq Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb: “Azərbaycan NATO üçün çox əhəmiyyətli tərəfdaşdır və biz Azərbaycanla tərəfdaşlığımızdan çox razıyıq və yüksək qiymətləndiririk. Keçən il cənab İlham Əliyev Brüsselə rəsmi səfər etmişdi. Bu səfər zamanı İlham Əliyevlə NATO-nun Baş qərargahında çöx önəmli görüşlər keçirildi”.
Qeyd edək ki, mayın 24-28-də Varşavada NATO Parlament Assambleyasının yaz sessiyası keçirilib. Sessiyada Azərbaycanı Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov təmsil ediblər.
AzNews.az