Azərbaycan silah idxalını 155 faiz artırıb - Statistika


Azərbaycan silah idxalını 155 faiz artırıb. Bu barədə məlumatı Stokholm Beynəlxalq Sülh Problemlərinin Araşdırılması İnstitutu (SIRPI) yayıb. Məlumata görə, dünyada ən böyük silah ixracatçısı Amerikadır. 2008-2012-ci illərdə dünyada satılan silahların 30 faizi bu ölkənin payına düşür. İkinci yerdə 26 faizlə Rusiya, üçüncü yerdə 7 faizlə Almaniya, 4-cü yerdə 6 fazilə Fransa, 5-ci yerdə isə Çin dayanır.

Qurum mütəxəssisləri ötən 5 illə müqayisədə Şərqi Avropada silah idxalının əsasən Azərbaycanın hesabına artdığını bildirir. Belə ki, Azərbaycan silah idxalını 155 faiz artırıb və 48-ci yerdən 35-ci yerə yüksəlib.

Mütəxəssislər bunu Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirib. Aprelin 15-də isə SIRPI silah ticarəti ilə bağlı ölkələrin maliyyə xərclərini açıqlayacaq.

Telman
AzNews.az