Aİ və Azərbaycan 2030-cu ilə qədər əməkdaşlıq planı hazırlayacaq?

Avropa İttifaqı (Aİ) və Azərbaycan 2030-cu ilə qədər əməkdaşlıq planını hazırlamalıdır.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda jurnalistlərə Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger deyib.

Avrokomissar bildirib: "Neft-qaz və alternativ energetika sahəsində Azərbaycanın potensialı yaxşı təəssürat oyadır. Azərbaycanda alternativ enerji mənbələrinin inkişafından danışarkən biz günəş enerjisi, hidroenergetikanın inkişafı üçün böyük imkanları xüsusi vurğulaya bilərik".