Erməni təşkilatının Amerika bürosu ABŞ-ı qondarma DQR-lə əlaqələr qurmağa çağırdı Erməni təşkilatının Amerika bürosu ABŞ-ı qondarma DQR-lə əlaqələr qurmağa çağırdı

Ermənilər ABŞ-a minnətçi düşdü: Qarabağa 5 milyon ayırın

Erməni təşkilatının Amerika bürosu ABŞ-ı qondarma DQR-lə əlaqələr qurmağa çağırdı



Erməni təşkilatı olan "Ay data"nın Amerika bürosu Ermənistan, Dağlıq Qarabağ və Cavaxetiyaya yardımın artırılmasını istəyib. ABŞ-ı yardımı artırmağa çağıran "Ay Data"nın qanunvericilik məsələləri üzrə direktoru Raffi Qaraqaşyan həmçinin Dağlıq Qarabağa, Ermənistana, Suriyaya yardımı əks etdirən hesabatla çıxış edib.

Erməni mətbuatının məlumatına görə, Qaraqaşyan qondarma DQR-ə yardımın azı 5 milyon dollar təşkil etməsini istəyib. Həmçinin Amerika ilə qondarma DQR arasında münasibətlərin yaradılmasına çağırıb. Bundan başqa Ermənistana 50 milyon dollar yardım istəyini bildirən Qardaşyan bunun ölkə iqtisadiyyatının inkişafında mühüm rolu olacağını vurğulayıb.

Müraciətdə həmçinin Gürcüstana ayrılan yardımın 10 faizinin ermənilər yaşayan Cavaxetiya bölgəsində yoxsulluq probleminin həlli və yeni iş yerlərinin açılmasına yönəldilməsi əksini tapıb.

Telman
AzNews.az