" Türkiyə Silahlı Qüvvələri İraqın şimalındadır, Kandildə hər an əməliyyatlar başlana bilər". " Türkiyə Silahlı Qüvvələri İraqın şimalındadır, Kandildə hər an əməliyyatlar başlana bilər".

"Türkiyə Kandildə hər an əməliyyatlara başlaya bilər" - Bekir Bozdağ

" Türkiyə Silahlı Qüvvələri İraqın şimalındadır, Kandildə hər an əməliyyatlar başlana bilər".

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bekir Bozdağ jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri terrorçuluğa qarşı mübarizə aparmaq üçün İraqın şimalındadır: "Türkiyə Silahlı Qüvvələri Kandil və İraqın şimalından terrorçuların Türkiyə ərazisinə daxil olmasının qarşısını almaq üçün oradadır. Kandilin terrorun mərkəzi olduğunu bilməyən yoxdur. Biz İraqın şimalında da terrorçuların sığınacağına girməyə davam edirik. Türkiyə Kandildə dəfələrlə hərbi əməliyyatlar keçirib. Bundan sonra da hər şey ola bilər".