“Azərbaycanda səhiyyə sisteminin inkişafı diqqət mərkəzindədir” - Prezident

“Azərbaycanda səhiyyə sisteminin inkişafı diqqət mərkəzindədir”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Goranboy rayonunda Naftalan şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti ilə görüşdə söyləyib.

Dövlət başçısı deyib ki, ölkədə yeni tibb müəssisələri tikilir: “Bu tibb müəssisələrində müasir avadanlıqlar quraşdırılır. Bu il ölkədə daha 5 xəstəxananın tikintisi başa çatacaq”.

Prezident İlham Əliyev bildirib ki, Naftalanın inkişafı ilə bağlı kompleks tədbirlər görülür: “Naftalanın əvvəlki şöhrəti özünə qaytarılıb. Naftalanda müasir sanatoriya və mehmanxanalar fəaliyyət göstərir. Gələcəkdə bu istiqamətdə tədbirlər davam etdiriləcək. Ölkəmizdə turizmin bütün sahələri, həmçinin tibbi turizmin inkişafı üçün böyük imkanlar var”.

AzNews.az