ABŞ Türkiyəni öz layihəsindən çıxarda bilər - Səbəb? (Foto)

ABŞ Rusiyaya görə Türkiyəni “F-35” layihəsindən kənarlaşdırmağa hazırdır.

AzNews.az Ria-ya istinadən xəbər verir ki, Türkiyənin Rusiya istehsalı olan “Su-57” tipli qırıcı təyyarələr və digər yüksək texnologiyalı silahlar əldə etmək planı Ankaranın ABŞ-ın beşinci nəsil “F-35” tipli təyyarə layihəsində iştirakını təhlükə altına qoyur.

Bu barədə ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Ankaranın Rusiyadan “S-400” kompleksləri almasına görə ABŞ-ın “F-35” tipli təyyarələrini Türkiyəyə tədarük etməkdən imtina edəcəyi təqdirdə, ölkəsi “Su-57” qırıcılarını alternativ kimi nəzərdə saxlayacağını bəyan etmişdi.

AzNews.az