Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində iyunun 14-də ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-leytenant Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində iyunun 14-də ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-leytenant Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

FHN-də Oklahoma ştatının Milli Qvardiyasının komandanı ilə görüş

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində iyunun 14-də ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-leytenant Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AzNews.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə nazirliyin fəaliyyət istiqamətləri və iş prinsipləri, strukturu və qurumları haqqında, həmçinin ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.

FHN-in beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq qurumları ilə yüksəksəviyyəli əməkdaşlıq etdiyini vurğulayan nazir müavini dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə təbii fəlakətlərlə üzləşmiş bir çox ölkələrə, o cümlədən Rusiya, Türkiyə və İsrailə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hərtərəfli kömək göstərildiyini, bəzi ölkələrə isə humanitar yardımlar çatdırıldığını bildirib.

Sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən filmi izləyiblər. Görüşdə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi polkovnik Adil Abdullayev qonaqlara Mərkəzin fəaliyyəti barədə məlumat verib.

Tədbirdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.