Baş nazir yanında pambıqçılığın inkişafına dair müşavirə

Bu gün baş nazir Novruz Məmmədovun yanında pambıqçılıq sahəsinin inkişafı ilə əlaqədar qarşıda duran bəzi məsələlərə həsr olunmuş müşavirə keçirilib

AzNews.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə prezident İlham Əliyev tərəfindən ölkədə pambıqçılığın inkişafında məhsuldarlığın artırılmasının təmin edilməsi barədə verilən tapşırıqdan irəli gələn bir sıra vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müşavirənin yekununda baş nazir Novruz Məmmədov müzakirə olunan məsələlərə dair aidiyyatı qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.